Yazını böyüt
Yazını kiçilt
"İranın yeni Ali Lideri Seyyid Müctəba Xamenei yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb".
Hafta.az xəbər verir ki, bununla bağlı ABŞ-nin müdafiə naziri Pit Heqset brifinq deyib.
"Biz bilirik ki, İranın yeni, o qədər də ali olmayan lideri yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb", - Peqset deyib.
Müctəba Xameneinin ötən gün yayımlanan bəyanatına toxunan amerikalı rəsmi onun videogörüntüsünün və ya səs yazısının olmamasını diqqətə çatdırıb:
"Düşünürəm ki, siz bunların olmamasının səbəbini bilirsiniz".
Müdafiə naziri Müctəba Xameneinin qorxduğunu, qaçaq vəziyyətdə olduğunu və heç bir legitimliyinin olmadığını iddia edib.